Azərbaycanın bu ölkə ilə mənfi ticarət saldosu kəskin azalıb

Azərbaycanın bu ölkə ilə mənfi ticarət saldosu kəskin azalıb

BİZNES
367

Bu ilin yanvar-fevral aylarında Azərbaycanla Çin arasında ticarət dövriyyəsinin həcmi 316 milyon 922 min ABŞ dolları təşkil edib ki, bu da 2020-ci ilin eyni dövrü ilə müqayisədə 3,7% azdır.

Dövlət Gömrük Komitəsinin dərc etdiyi göstəricilər əsasında aparılmış hesablamalara görə, hesabat dövründə ixracın həcmi 113 milyon 128 min dollar təşkil edib ki, bu da illik müqayisədə 70,6% çoxdur. İdxal isə 203 milyon 794 min dollara bərabər olub ki, bu da illik müqayisədə 22,4% azdır.

Nəticədə, 2021-ci ilin ilk iki ayında 90,665 mln. dollarlıq mənfi ticarət saldosu yaranıb ki, bu göstərici illik müqayisədə 2,2 dəfə azalıb.

APA

 

OXŞAR XƏBƏRLƏR

Yüklənir...
Xəbər lenti
Yüklənir...
Azərbaycanın bu ölkə ilə mənfi ticarət saldosu kəskin azalıb — Fins.az — Fins.az