Azərbaycanın bu holdinqinə satılan səhmlər geri tələb edilir

Azərbaycanın bu holdinqinə satılan səhmlər geri tələb edilir

BİZNES
769

Gürcüstanın "Kavkazus Onlayn" şirkəti 270.000 lari cərimə edilib.

Fins.az  xəbər verir ki, bu məlumatı Gürcüstanın Birinci kanalı yayıb.

Buna səbəb şirkətin Kommunikasiya Komissiyasının izni olmadan öz payını Azərbaycan şirkəti  NEQSOL Holdinq-ə satmasıdır.

Şirkətə sentyabrın 20-nə qədər aksiyaları əvvəlki vəziyyətinə qaytarmaq tələbi qoyulub.

Qeyd edək ki, bundan öncə NEQSOL şirkəti "Kavkazus Onlayn" şirkətinin səhmlərinin 100%-ni 61 milyon dollara alıb. Bu addım Tiflis, İrəvan və Moskvada narazılığa səbəb olub. Azərbaycan tərəfi Tiflisin razılaşmaya xələl gətirəcək addım atacağı təqdirdə bunun Gürcüstanın imicinə ziyan vuracağını bildirib.

"Kavkazus Onlayn" şirkəti Avropadan Qara dənizin dibiylə gələn fiber optik internet xəttinə nəzarət edir.

Müəllif:Aynur Qəniyeva

 

 

OXŞAR XƏBƏRLƏR

Yüklənir...
Xəbər lenti
Yüklənir...
Azərbaycanın bu holdinqinə satılan səhmlər geri tələb edilir — Fins.az — Fins.az