Azərbaycanın aqrar və aqrar-sənaye məhsullarının birgə ixracı 14% artıb

Azərbaycanın aqrar və aqrar-sənaye məhsullarının birgə ixracı 14% artıb

BİZNES
420

2025-ci ilin yanvar-may aylarında Azərbaycanın aqrar məhsullar üzrə ixrac 17,2% artaraq 331,2 milyon ABŞ dolları, aqrar-sənaye məhsulları üzrə isə 5,9% artaraq 115,6 milyon ABŞ dolları təşkil edib.

 

Finss.az bu barədə İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin (İİTKM) “İxrac icmalı”nın iyun sayına əsasən xəbər verir.

Ümumilikdə aqrar və aqrar-sənaye məhsullarının birgə ixracı 14% artaraq 446,7 milyon ABŞ dollarına çatıb.

Bu artım kənd təsərrüfatı və sənayenin inteqrasiyası nəticəsində ixrac imkanlarının genişləndiyini göstərir.

Fuad Mədətov
Finss.az

OXŞAR XƏBƏRLƏR

Yüklənir...
Xəbər lenti
Yüklənir...
Azərbaycanın aqrar və aqrar-sənaye məhsullarının birgə ixracı 14% artıb — Fins.az — Fins.az