Azərbaycanın 2030-cu ilə qədər iqtisadi artım proqnozu açıqlanıb

Azərbaycanın 2030-cu ilə qədər iqtisadi artım proqnozu açıqlanıb

BİZNES
369

Fins.az - Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi 2030-cu ilə qədər ölkənin iqtisadi inkişafına dair yeni proqnozlar açıqlayıb.

Baza ssenariyə əsasən, 2027–2030-cu illərdə neftin orta illik ixrac qiymətinin 65 dollar səviyyəsində olacağı nəzərdə tutulur. Bu dövrdə ÜDM-in davamlı artımı proqnozlaşdırılır: 2027-ci ilin sonuna 139 milyard manat, 2030-cu ildə isə 166,9 milyard manat səviyyəsinə çatacağı gözlənilir.

Məlumata görə, qeyri-neft-qaz sektorunun ÜDM-də payı 2025-ci ildəki 71,5 faizdən 2027-ci ildə 78 faizə, 2030-cu ildə isə 81,8 faizə yüksələcək. Orta illik real iqtisadi artımın ümumilikdə 3 faiz, qeyri-neft sektorunda isə 4,2 faiz olacağı proqnozlaşdırılır.

Eyni zamanda 2026-cı ildə neft və qaz hasilatında azalma, 2029–2030-cu illərdə isə müəyyən artım gözlənilir. Bu isə neft-qaz sektorunda yenidən canlanma ehtimalını göstərir.

OXŞAR XƏBƏRLƏR

Yüklənir...
Xəbər lenti
Yüklənir...
Azərbaycanın 2030-cu ilə qədər iqtisadi artım proqnozu açıqlanıb — Fins.az — Fins.az