
Azərbaycanda daşınmaz əmlak sektoruna yönəldilmiş investisiyalar artıb
2026-cı ilin yanvar-fevral aylarında Azərbaycanda daşınmaz əmlakla bağlı əməliyyatlar üzrə əsas kapitala yönəldilmiş investisiyaların dəyəri 0,3 milyon manat təşkil edib.
Fins.az Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, bu göstərici 2025-ci ilin eyni dövrü ilə müqayisədə 3,4 dəfə çoxdur.
Eyni dövrdə ölkənin iqtisadi və sosial sahələrinin inkişafı üçün bütün mənbələrdən əsas kapitala yönəlmiş investisiyaların ümumi həcmi 2 milyard 436,4 milyon manat olub ki, bu da 2025-ci ilin müvafiq dövrü ilə müqayisədə real ifadədə 19,4% çoxdur. Neft-qaz sektoruna sərmayələrin həcmi 51,4%, qeyri-neft-qaz sektoruna yönəlmiş investisiyalar isə 5,1% artıb.
Ümumi sərmayənin 1 milyard 434,0 milyon manatı (58,9%) məhsul istehsalı sahələrinə, 794,7 milyon manatı (32,6%) xidmət sahələrinə, 207,7 milyon manatı (8,5%) isə yaşayış evlərinin tikintisinə yönəldilib. Ümumi sərmayənin 28,9%-i dövlət, 71,1%-i isə qeyridövlət sektorunun payına düşüb.
Sərmayə qoyuluşunun 53,3%-i tikinti-quraşdırma işlərinə sərf olunub. Daxili mənbələrdən əsas kapitala yönəlmiş investisiyalar isə ümumi sərmayənin 73,1%-ni təşkil edib.