Azərbaycandan Rumıniyaya 247,8 milyon ABŞ dolları dəyərində neft ixrac olunub

Azərbaycandan Rumıniyaya 247,8 milyon ABŞ dolları dəyərində neft ixrac olunub

BİZNES
217

2026-cı ilin yanvar-aprel aylarında Azərbaycandan Rumıniyaya 247,8 milyon ABŞ dolları dəyərində 461,3 min ton bitumlu süxurlardan əldə edilmiş xam neft və neft məhsulları ixrac olunub.

Fins.az Dövlət Gömrük Komitəsinə istinadən xəbər verir ki, bu göstərici ötən ilin eyni dövrü ilə müqayisədə azalma nümayiş etdirib. Belə ki, ixracın dəyəri 32,2 milyon ABŞ dolları və ya 11,5%, fiziki həcmi isə 39 min tondan çox və ya 7,8% azalıb.

Müqayisə üçün qeyd edək ki, 2025-ci ilin yanvar-aprel aylarında Azərbaycandan Rumıniyaya təxminən 280,1 milyon ABŞ dolları dəyərində 500,3 min ton neft və neft məhsulları ixrac olunmuşdu.

Rəsmi statistikaya əsasən, hesabat dövründə Rumıniya Azərbaycandan ən çox neft idxal edən ölkələr sırasında ikinci yeri tutub.

Dövlət Gömrük Komitəsinin məlumatlarına görə, 2026-cı ilin yanvar-aprel aylarında Azərbaycanın xarici ticarət dövriyyəsi 17,403 milyard ABŞ dolları təşkil edib. Bu göstərici ötən ilin eyni dövrü ilə müqayisədə 485 milyon ABŞ dolları və ya 2,9% artım deməkdir.

Xarici ticarət dövriyyəsinin 11,9 milyard ABŞ dolları ixracın, 5,5 milyard ABŞ dolları isə idxalın payına düşüb. Son bir ildə ixrac 3,1 milyard ABŞ dolları və ya 35,2% artdığı halda, idxal 2,6 milyard ABŞ dolları və ya 32,1% azalıb.

Nəticədə Azərbaycanın xarici ticarətində 6,354 milyard ABŞ dolları həcmində müsbət saldo formalaşıb ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 9,7 dəfə və ya 5,7 milyard ABŞ dolları artım deməkdir.

OXŞAR XƏBƏRLƏR

Yüklənir...
Xəbər lenti
Yüklənir...
Azərbaycandan Rumıniyaya 247,8 milyon ABŞ dolları dəyərində neft ixrac olunub — Fins.az — Fins.az