Azərbaycandan neft koksu ixracı 2 dəfədən çox artıb

Azərbaycandan neft koksu ixracı 2 dəfədən çox artıb

BİZNES
245

Fins.az - 2026-cı ilin yanvar-fevral aylarında Azərbaycandan 18,7 milyon ABŞ dolları dəyərində 45,8 min ton neft koksu ixrac olunub.

Dövlət Gömrük Komitəsinin məlumatına görə, bu göstərici 2025-ci ilin eyni dövrü ilə müqayisədə dəyər ifadəsində 10,5 milyon ABŞ dolları və ya 2,3 dəfə, həcm baxımından isə 17,4 min ton və ya 1,6 dəfə artım deməkdir. Hesabat dövründə neft koksunun ixracı Azərbaycanın ümumi ixracının 0,51%-ni təşkil edib.

Eyni zamanda, cari ilin yanvar-fevral aylarında Azərbaycandan dünyanın 11 ölkəsinə 1,704 milyard ABŞ dolları dəyərində 3,6 milyon ton xam neft və neft məhsulları ixrac olunub. Bu göstərici ötən ilin eyni dövrü ilə müqayisədə dəyər ifadəsində 969 milyon ABŞ dolları və ya 36,3%, fiziki həcm baxımından isə 1,178 milyon ton və ya 24,7% azalma deməkdir.

OXŞAR XƏBƏRLƏR

Yüklənir...
Xəbər lenti
Yüklənir...
Azərbaycandan neft koksu ixracı 2 dəfədən çox artıb — Fins.az — Fins.az