
Azərbaycandan İrana 3,1 milyon dollarlıq təbii qaz ixrac edilib
Fins.az – 2026-cı ilin yanvar-may aylarında Azərbaycandan İran İslam Respublikasına 3,076 milyon ABŞ dolları dəyərində 45,703 milyon kubmetr təbii qaz (qaz halında) ixrac olunub.
Dövlət Statistika Komitəsinin hesabatına əsasən, eyni dövrdə Azərbaycan İrandan 12,476 milyon ABŞ dolları dəyərində 185,380 milyon kubmetr təbii qaz (qaz halında) idxal edib.
Məlumata görə, 2025-ci ilin eyni dövründə Azərbaycan ilə İran arasında təbii qaz (qaz halında) üzrə idxal və ixrac əməliyyatları qeydə alınmayıb.
Ümumilikdə, 2026-cı ilin yanvar-may aylarında Azərbaycandan 8 ölkəyə 3,343 milyard ABŞ dolları dəyərində 10,381 milyard kubmetr təbii qaz (qaz halında) ixrac edilib. Bu göstərici ötən ilin eyni dövrü ilə müqayisədə dəyər baxımından 489,8 milyon ABŞ dolları və ya 12,8% azalıb, həcm baxımından isə 110,2 milyon kubmetr və ya 1,1% artıb.
Hesabat dövründə Azərbaycan təbii qazı yalnız bir ölkədən – İran İslam Respublikasından idxal edib. İdxalın həcmi 185,380 milyon kubmetr, dəyəri isə 12,476 milyon ABŞ dolları təşkil edib.
Müqayisə üçün qeyd edək ki, 2025-ci ilin ilk beş ayında Azərbaycan iki ölkədən – Rusiya və Türkmənistandan 30,1 milyon ABŞ dolları dəyərində 195,6 milyon kubmetr təbii qaz idxal etmişdi.
Beləliklə, illik müqayisədə Azərbaycana təbii qaz idxalı dəyər ifadəsində 17,6 milyon ABŞ dolları və ya 2,4 dəfə, həcm baxımından isə 10,3 milyon kubmetr və ya 5,2% azalıb.