
Azərbaycandan Gürcüstana təbii qaz ixracı 33,4 milyon dollar olub
2026-cı ilin yanvar ayında Azərbaycandan Gürcüstana 33,446 milyon ABŞ dolları dəyərində 290,1 milyon kubmetr təbii qaz ixrac olunub.
Fins.az Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, bu göstərici ötən ilin yanvar ayı ilə müqayisədə məbləğ ifadəsində 3,6 milyon dollar və ya 9,8%, həcm baxımından isə 6,2 milyon kubmetr və ya 2,1% azalma deməkdir.
Qeyd edək ki, 2026-cı ilin yanvar ayında Azərbaycandan xaricə ümumilikdə 687,5 milyon ABŞ dolları dəyərində 2,292 milyard kubmetr təbii qaz ixrac edilib. Bu, ötən ilin yanvar ayı ilə müqayisədə dəyər baxımından 182,6 milyon dollar və ya 21% artım, həcm baxımından isə 46,9 milyon kubmetr və ya 2% azalma deməkdir.
Eyni zamanda, bu ilin yanvar ayında Azərbaycana cəmisi bir ölkədən – İran İslam Respublikasından 2,9 milyon ABŞ dolları dəyərində 43,5 milyon kubmetr təbii qaz idxal olunub. Ötən ilin yanvarında isə yalnız Türkmənistandan Azərbaycana 6,4 milyon dollar dəyərində 42,6 milyon kubmetr qaz idxalı qeydə alınmışdı. Beləliklə, illik müqayisədə Azərbaycana qaz idxalı dəyər ifadəsində 3,5 milyon dollar və ya 2,2 dəfə azalıb, həcm baxımından isə 894 min kubmetr və ya 2,1% artıb.