Azərbaycandan Ermənistana neft məhsulları və Rusiya gübrəsinin tədarükü davam edir

Azərbaycandan Ermənistana neft məhsulları və Rusiya gübrəsinin tədarükü davam edir

BİZNES
466

Fins.az - Azərbaycandan Ermənistana neft məhsulları və Rusiya gübrəsinin tədarükü davam edir. Son göndərişdə 1984 ton dizel yanacağı daşıyan 31 vaqon və 135 ton Rusiya gübrəsi yüklənmiş 2 vaqon ADY-nin Biləcəri stansiyasından Böyük Kəsik stansiyası istiqamətində yola salınıb. Yük Gürcüstan ərazisindən tranzit keçməklə Ermənistana çatdırılacaq.

Qeyd olunur ki, Rusiya gübrəsi Azərbaycandan tranzit vasitəsilə Ermənistana göndərilir. Ötən göndərişlərdə fevralın 25-də 4500 ton dizel yanacağı 39 çən vaqonda, yanvarın 11-də isə 979 ton Aİ-92 markalı avtomobil benzini 18 vaqonda Ermənistana çatdırılıb. Yanvarın 9-da isə ümumilikdə 2698 ton neft məhsulu tədarük olunub, bunların 1742 tonu Aİ-95 benzini, 956 tonu isə dizel yanacağı olub.

Xatırladaq ki, Azərbaycandan Ermənistana yanacaq ixracına 2025-ci il dekabrın 18-də başlanılıb. Həmin gün 1220 ton Aİ-95 markalı avtomobil benzini göndərilib. Bu daşımalar Prezident İlham Əliyevin 2025-ci ilin oktyabrında imzaladığı qərara əsasən həyata keçirilir. Qərarla işğal dövründən bəri qüvvədə olan yüklərin tranziti ilə bağlı məhdudiyyətlər aradan qaldırılıb və daşımaların həyata keçirilməsinə imkan yaradılıb.

Bu proses regionda enerji və kənd təsərrüfatı məhsullarının təhlükəsiz tədarükünü təmin edir və Azərbaycanın tranzit imkanlarını gücləndirir.

OXŞAR XƏBƏRLƏR

Yüklənir...
Xəbər lenti
Yüklənir...
Azərbaycandan Ermənistana neft məhsulları və Rusiya gübrəsinin tədarükü davam edir — Fins.az — Fins.az