Azərbaycandan alınan qaz Avropanın enerji təhlükəsizliyində həlledici rol oynayır - Dan Yorgensen

Azərbaycandan alınan qaz Avropanın enerji təhlükəsizliyində həlledici rol oynayır - Dan Yorgensen

BİZNES
541

Fins.az - Avropa İttifaqı (Aİ) Azərbaycanla enerji sahəsində əməkdaşlıqdan məmnundur və gələcəkdə qaz idxalını artırmaq imkanlarını görür.

Avropa İttifaqının enerji və mənzil siyasəti üzrə komissarı Dan Yorgensen Bakı şəhərində keçirilən Cənub Qaz Dəhlizi Məşvərət Şurasının iclasının yekunlarına dair mətbuat konfransında bildirib.

Onun sözlərinə görə, Azərbaycandan alınan qaz Aİ üçün strateji əhəmiyyət daşıyır və tərəflər əməkdaşlıqdan yüksək razılıq hiss edir. Komissar qeyd edib ki, gələcəkdə daha çox qaz tədarük etmək potensialı mövcuddur.

O həmçinin vurğulayıb ki, Avropa İttifaqı 2050-ci ilə qədər karbon neytrallığına nail olmağı planlaşdırır, lakin qısa və orta müddətli dövrdə hələ də əhəmiyyətli həcmdə qaz ehtiyacı qalır.

Yorgensen əlavə edib ki, Azərbaycanla Aİ arasında bərpa olunan enerji mənbələri və enerji səmərəliliyi sahəsində əməkdaşlıq da aktiv şəkildə davam edir və bu əməkdaşlıq qarşılıqlı faydalı investisiya imkanları yaradır.

Fuad Mədətov
Fins.az

OXŞAR XƏBƏRLƏR

Yüklənir...
Xəbər lenti
Yüklənir...
Azərbaycandan alınan qaz Avropanın enerji təhlükəsizliyində həlledici rol oynayır - Dan Yorgensen — Fins.az — Fins.az