Azərbaycanda yerli investisiyalı kommersiya qurumlarının sayı ARTIB - RƏSMİ

Azərbaycanda yerli investisiyalı kommersiya qurumlarının sayı ARTIB - RƏSMİ

BİZNES
427

2021-ci ilin əvvəlindən 1.776-sı yerli investisiyalı olmaqla 1.910 kommersiya qurumu dövlət qeydiyyatına alınıb.

Bu barədə Fins.az-a İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətindən məlumat verilib

Yerli investisiyalı kommersiya qurumlarının dövlət qeydiyyatının sayı 2020-ci ilin müvafiq dövrü ilə müqayisədə 15,7 faiz artıb.

Yerli investisiyalı qurumların dövlət qeydiyyatının sayının artması bütünlüklə elektron qeydiyyatın sayının artması hesabına baş verib. Belə ki, yerli investisiyalı qurumlar üzrə 2020-ci ilin müvafiq dövrü ilə müqayisədə elektron qeydiyyatın sayı 18,7 faiz artıb, kağız daşıyıcıda müraciətlər əsasında aparılmış qeydiyyatın sayı isə 9 faiz azalıb. Bu vergi ödəyicilərinin qeydiyyat prosesi zamanı daha sürətli və asan həyata keçirilən elektron qeydiyyat sisteminə üstünük verməsi ilə əlaqədardır

OXŞAR XƏBƏRLƏR

Yüklənir...
Xəbər lenti
Yüklənir...
Azərbaycanda yerli investisiyalı kommersiya qurumlarının sayı ARTIB - RƏSMİ — Fins.az — Fins.az