Azərbaycanda viski və brendi istehsalı artıb

Azərbaycanda viski və brendi istehsalı artıb

BİZNES
642

Bu ilin yanvar-fevral aylarında Azərbaycanda 141,7 min dekalitr viski və brendi istehsal edilib.

Bu barədə Finss.az-a Dövlət Statistika Komitəsindən məlumat verilib.

Məlumata görə, 2023-cü ilin eyni dövrü ilə müqayisədə bu göstərici 51,6 min dekalitr və ya 57,3% artıb. Müqayisə üçün qeyd edək ki, ötən ilin ilk iki ayında ölkədə 90,1 min dekalitr viski və brendi istehsal olunmuşdu.

Statistik göstəricilərə əsasən, 2024-cü ilin martın 1-nə olan vəziyyətə görə, ölkədə viski və brendi üzrə hazır məhsul ehtiyatı 290,8 min dekalitr təşkil edib.

Xatırladaq ki, 1 dekalitr 10 litrə bərabərdir və bu ölçü vahidi əsasən maye məhsulların, xüsusilə də içkilərin həcmini ifadə etmək üçün istifadə olunur.

Fuad Mədətov
Finss.az

OXŞAR XƏBƏRLƏR

Yüklənir...
Xəbər lenti
Yüklənir...
Azərbaycanda viski və brendi istehsalı artıb — Fins.az — Fins.az