Azərbaycanda un bazarında qiymətlər stabildir: Ən ucuz və ən bahalı növlər

Azərbaycanda un bazarında qiymətlər stabildir: Ən ucuz və ən bahalı növlər

BİZNES
423

Azərbaycanda 10 mart 2026-cı il tarixindən etibarən unun topdansatış qiymətləri açıqlanıb.

Fins.az xəbər verir ki, ölkədə 50 kq-lıq un kisələrinin qiyməti 26,1–28,6 manat intervalında dəyişir.

Ölkə üzrə ən ucuz un “Dəvəçi-Taxıl” MMC-yə aid 50 kq-lıq kisə üçün 26,10 manat, ən bahalısı isə “Azeri-Arapoğlu U.S.və T.LTD” BM-də 28,60 manat təşkil edir. Qiymətlər əvvəlki göstərici ilə eyni səviyyədə qalıb.

10 mart 2026-cı il tarixindən unun topdansatış qiymətləri istehsalçılar üzrə:

  • ATS MILL MMC – 28,00 manat

  • Anadoluqida, AVETA, KARAT HOLDİNQ, Orxan UN MMC – 27,80 manat

  • Azeri-Arapoğlu U.S.və T.LTD BM – 28,60 manat

  • Bakı Taxıl Terminalı, Dəniz Un Sənayesi LTD, Karmen, Taxıl AQRO, Xırman, SKY AGRO, Sünbül 2012, Ağsu Taxıl, Avrora MMC, Nadir Quliyev adına Bakı-Taxıl ASC, PAK-NUR Firması, Səma fərdi firması – 27,70 manat

  • Dəvəçi-Dəyirman MMC – 26,50 manat

  • Dəvəçi-Taxıl MMC – 26,10 manat

  • Gəncə Dəyirman MMC – 28,00 manat

  • Nural, Osmanlı Taxıl MMC – 28,30 manat

  • Hazartürk LTD, SKY AGRO MMC – 27,50 manat

  • Qarabağ Un MMC – 27,40 manat

  • Avrora MMC – 27,60 manat

  • Sarı Sünbül, Ungrano MMC – 27,90 manat

Qeyd edək ki, topdansatış qiymətlərində sabitlik müşahidə olunur və bazara təqdim olunan un növlərinin qiymət intervalı əvvəlki göstəricilərdən fərqlənmir.

OXŞAR XƏBƏRLƏR

Yüklənir...
Xəbər lenti
Yüklənir...
Azərbaycanda un bazarında qiymətlər stabildir: Ən ucuz və ən bahalı növlər — Fins.az — Fins.az