
Azərbaycanda tekstil şirkəti 2 ildir zərər edir
“Gəncə Tekstil” ASC 2019-cu ili 242 min manat xalis zərər ilə başa vurub. ASC 2018-ci ildə 276 min manat zərər açıqlamışdı.
Fins.az “Gəncə Tekstil” maliyyə hesabatına istinadən xəbər verir ki, 2019-cu ildə “Gəncə Tekstil”in əməliyyat gəlirləri 503 min manat, cəmi əməliyyat xərcləri 745 min manat təşkil edib. 2018-ci ildə ASC-nin əməliyyat gəlirləri 363 min manat, cəmi əməliyyat xərcləri 639 min manat təşkil etmişdi.
Beləliklə, ötən il "Gəncə Tekstil”in gəlirlərinin artmasına qarşılıq xərcləri daha çox artıb. Nəticədə, ASCnin zərəri də yüksəlib.

