Azərbaycanda qızıl və gümüş istehsalında azalma qeydə alınıb

Azərbaycanda qızıl və gümüş istehsalında azalma qeydə alınıb

BİZNES
281

2026-cı ilin yanvar-mart aylarında Azərbaycanda 601,3 kiloqram qızıl hasil olunub.

Fins.az Dövlət Statistika Komitəsinin məlumatına əsasən xəbər verir ki, qızıl hasilatı ötən ilin eyni dövrü ilə müqayisədə 148,1 kiloqram və ya 19,8% azalıb.

Cari ilin 1 aprel tarixinə olan göstəricilərə görə, ölkədə hazır qızıl ehtiyatlarının həcmi 115,6 kiloqram təşkil edib.

Eyni dövrdə gümüş hasilatı 972,1 kiloqram olub ki, bu da əvvəlki ilin eyni dövrü ilə müqayisədə 163,8 kiloqram və ya 14,4% azalma deməkdir. 1 aprel tarixinə hazır gümüş ehtiyatları isə 489,6 kiloqram təşkil edib.

Hesabat dövründə mədənçıxarma sənayesində istehsalın ümumi dəyəri 8,7 milyard manat olub və bu göstərici ötən ilin müvafiq dövrü ilə müqayisədə 0,7% azalma göstərib.

OXŞAR XƏBƏRLƏR

Yüklənir...
Xəbər lenti
Yüklənir...
Azərbaycanda qızıl və gümüş istehsalında azalma qeydə alınıb — Fins.az — Fins.az