Azərbaycanda qeyri-neft sektorundan vergi daxilolmaları artıb

Azərbaycanda qeyri-neft sektorundan vergi daxilolmaları artıb

BİZNES
179

Fins.az – 2026-cı ilin yanvar-iyun aylarında qeyri-neft-qaz sektorundan dövlət büdcəsinə vergi daxilolmaları illik müqayisədə 10,1% artaraq 7 milyard 67,4 milyon manat təşkil edib.

Bu barədə Azərbaycanın İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin rəsmi səhifəsində dərc olunan məlumatda bildirilib.

Məlumata görə, hesabat dövründə Dövlət Vergi Xidmətinin xətti ilə dövlət büdcəsinə ümumilikdə 8 milyard 842,7 milyon manat vergi daxil olub. Bu, proqnozdan 217,7 milyon manat çoxdur. Ötən ilin eyni dövrü ilə müqayisədə vergi daxilolmaları 139 milyon manat və ya 1,6% artıb.

Qeyd olunub ki, qeyri-neft-qaz sektorundan büdcəyə proqnozdan əlavə 199,4 milyon manat vəsait daxil olub. Bu sektordan vergi daxilolmaları 2025-ci ilin müvafiq dövrü ilə müqayisədə 645,8 milyon manat artaraq 7 milyard 67,4 milyon manata çatıb.

Bununla yanaşı, 2026-cı ilin ilk altı ayında məcburi dövlət sosial sığorta haqları üzrə daxilolmalar 3 milyard 422,7 milyon manat təşkil edib. Bu göstərici proqnozu 189,9 milyon manat üstələyib. Qeyri-büdcə təşkilatları üzrə daxilolmalar isə 2 milyard 244,9 milyon manatdan çox olub.

Hesabat dövründə işsizlikdən sığorta haqları üzrə daxilolmalar 122,1 milyon manat təşkil edib ki, bu da proqnozdan 6 milyon manat çoxdur. Qeyri-büdcə təşkilatları üzrə daxilolmalar 92,5 milyon manatı ötüb.

İcbari tibbi sığorta haqları üzrə daxilolmalar isə 517,1 milyon manatdan çox olub. Bu sahədə də proqnoz 13 milyon manat üstələnib, qeyri-büdcə təşkilatları üzrə daxilolmalar isə 337,4 milyon manatdan çox təşkil edib.

OXŞAR XƏBƏRLƏR

Yüklənir...
Xəbər lenti
Yüklənir...
Azərbaycanda qeyri-neft sektorundan vergi daxilolmaları artıb — Fins.az — Fins.az