Azərbaycanda qənd və şəkər tozu istehsalı kəskin azalıb

Azərbaycanda qənd və şəkər tozu istehsalı kəskin azalıb

BİZNES
1,356

2020-ci ilin yanvar-fevral aylarında əvvəlki ilin müvafiq dövrünə nisbətən Azərbaycanda qənd və şəkər tozu istehsalı 56.2% azalıb.

Fins.az Dövlət Statistika Komitəsinin aylıq hesabatına istinadən xəbər verir ki, ilk 2 ayda 24,5 min ton qənd və şəkər tozu istehsal edilib.

2019-cu ilin yanvar-fevral aylarında ölkəmizdə 56,1 min ton qənd və şəkər tozu istehsal edilmişdi. İstehsal əvvəlki ilin müvafiq dövrünə nisbətən 12 dəfə artmışdı.

Dövlət Gömrük Komitəsinin məlumatına görə, 2020-ci ilin ilk 2 ayı ərzində Azərbaycandan 2 milyon 52 min dollar dəyərində 5 min 62 ton şəkər ixrac edilib.

 

 

 

Marja

OXŞAR XƏBƏRLƏR

Yüklənir...
Xəbər lenti
Yüklənir...
Azərbaycanda qənd və şəkər tozu istehsalı kəskin azalıb — Fins.az — Fins.az