Azərbaycanda qaz hasilatı 8,187 milyard kubmetrə çatıb

Azərbaycanda qaz hasilatı 8,187 milyard kubmetrə çatıb

BİZNES
167

Fins.az - 2026-cı ilin yanvar-fevral aylarında Azərbaycanda 8,187 milyard kubmetr təbii qaz hasil olunub. Bu göstərici ötən ilin eyni dövrü ilə müqayisədə 182 milyon kubmetr və ya 2,3% çoxdur.

Dövlət Statistika Komitəsinin məlumatına görə, 2025-ci ilin yanvar-fevral aylarında ölkədə 8,006 milyard kubmetr təbii qaz hasil edilmişdi.

Hesabat dövründə əmtəəlik təbii qaz hasilatı 6,497 milyard kubmetr təşkil edib ki, bu da əvvəlki ilin eyni dövrü ilə müqayisədə 187 milyon kubmetr və ya 3% artım deməkdir. Müqayisə üçün qeyd edək ki, ötən ilin yanvar-fevral aylarında bu göstərici 6,310 milyard kubmetr olub.

Bu dinamika ölkədə qaz hasilatının sabit artım trendində davam etdiyini göstərir.

OXŞAR XƏBƏRLƏR

Yüklənir...
Xəbər lenti
Yüklənir...
Azərbaycanda qaz hasilatı 8,187 milyard kubmetrə çatıb — Fins.az — Fins.az