Azərbaycanda pərakəndə ticarət dövriyyəsi 3 % artıb

Azərbaycanda pərakəndə ticarət dövriyyəsi 3 % artıb

BİZNES
1,150

Bu ilin yanvar-sentyabr aylarında pərakəndə ticarət şəbəkəsindən əhaliyə 35 milyard 553,1 milyon manatlıq məhsul satılmış, xidmət subyektləri tərəfindən 6 milyard 416,3 milyon manatlıq ödənişli xidmət göstərilib.

Fins.az xəbər verir ki, bu barədə Dövlət Statistika Komitəsi məlumat yayıb.

Bildirilir ki, bu, ötən ilin müvafiq dövrü ilə müqayisədə əmtəə dövriyyəsi 2,9 %, əhaliyə göstərilmiş ödənişli xidmətlərdən əldə olunan gəlir 7,8 % artıb.

Ticarət şəbəkəsində 20 milyard 014,1 milyon manatlıq ərzaq məhsulları, içkilər və tütün məmulatları, 15 milyard 539 milyon manatlıq qeyri-ərzaq məhsulları satılıb.

OXŞAR XƏBƏRLƏR

Yüklənir...
Xəbər lenti
Yüklənir...
Azərbaycanda pərakəndə ticarət dövriyyəsi 3 % artıb — Fins.az — Fins.az