
Azərbaycanda onlayn mənzil təmiri kalkuyatoru rolunu oynayan fintex fəaliyyətdə başlayıb
Seçilən materiallar və evinizin parametrlərinə uyğun fərqli şirkətlərin təklif etdiyi ətraflı smeta göstəricilərinin alına və ən uyğun olanını sifariş verə bilinəcəyi onlayn təmir kalkulyatoru rolunu oynayan fintex -startap fəliyyətə başlayıb.
Fins.az xəbər verir ki, Azərbaycanın onlayn məkanında ilk dəfə olaraq ev təmiri xərclərini hesablayan “mənzil təmiri kalkulyatoru” ilə 3 addımda mənzil parametrlərini qeyd edib çox rahatlıqla təmir smetasını pulsuz hesablamaq mümkündür.
Qeyd edək ki, CalcHouse.com onlayn təmir kalkulyatoru daim inkişaf üçün Next Step Innovation Center-də inkubasiya proqramında iştirak edir.
Müəllif:Aynur Qəniyeva