Azərbaycanda nəqliyyat və anbar sektoruna investisiyalar 36,5% artıb

Azərbaycanda nəqliyyat və anbar sektoruna investisiyalar 36,5% artıb

BİZNES
258

2026-cı ilin yanvar-mart aylarında Azərbaycanda nəqliyyat və anbar təsərrüfatı sahəsi üzrə əsas kapitala yönəldilmiş investisiyaların həcmi 915,5 milyon manat təşkil edib.

Fins.az Dövlət Statistika Komitəsinin məlumatına əsasən xəbər verir ki, bu göstərici 2025-ci ilin eyni dövrü ilə müqayisədə 36,5% artım deməkdir.

Məlumata əsasən, sözügedən sahənin ümumi investisiya portfelində xüsusi çəkisi 22,6%-ə bərabər olub.

Ümumilikdə, 2026-cı ilin ilk üç ayında ölkənin iqtisadi və sosial sahələrinin inkişafı üçün bütün maliyyə mənbələri hesabına əsas kapitala 4 milyard 49,8 milyon manat həcmində investisiya yönəldilib. Bu isə 2025-ci ilin müvafiq dövrü ilə müqayisədə 14,9% çoxdur.

Hesabat dövründə neft-qaz sektoruna yönəldilən investisiyalarda 44,6% artım, qeyri neft-qaz sektorunda isə 2,2% artım qeydə alınıb.

Ümumi investisiya qoyuluşlarının strukturuna gəldikdə isə, 2 milyard 286,6 milyon manat və ya 56,5%-i məhsul istehsalı sahələrinin, 1 milyard 252,8 milyon manat (30,9%) xidmət sahələrinin, 510,4 milyon manat (12,6%) isə yaşayış evlərinin tikintisinin payına düşüb.

Eyni dövrdə ümumi sərmayənin 34,3%-i dövlət sektoru, 65,7%-i isə qeyri-dövlət sektorunun sərmayədarları tərəfindən təmin olunub.

Bundan başqa, əsas kapitala yönəldilmiş investisiyaların 72,2%-i daxili mənbələr hesabına formalaşıb.

OXŞAR XƏBƏRLƏR

Yüklənir...
Xəbər lenti
Yüklənir...
Azərbaycanda nəqliyyat və anbar sektoruna investisiyalar 36,5% artıb — Fins.az — Fins.az