Azərbaycanda neft məhsulları istehsalı artıb

Azərbaycanda neft məhsulları istehsalı artıb

BİZNES
732

Bu ilin yanvar-fevral aylarında Azərbaycanda neft məhsullarının istehsalı sahəsində istehsalın ümumi dəyəri 1 milyard manatdan artıq olub.

Bu barədə Finss.az Dövlət Statistika Komitəsinə istinadən xəbər verir.

Məlumata əsasən, bu göstərici əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 15,6 faiz çoxdur.

Hesabat dövründə neft məhsullarından qazoylların (dizel yanacağının) istehsalı 19,2 faiz, ağ neft istehsalı 18,3 faiz, avtomobil benzini istehsalı 3,3 faiz artıb.

Dövr ərzində neft koksunun istehsalı 6,4 faiz, neft bitumu istehsalı 8,1 faiz, sürtkü yağları istehsalı isə 31,9 faiz azalıb.

OXŞAR XƏBƏRLƏR

Yüklənir...
Xəbər lenti
Yüklənir...
Azərbaycanda neft məhsulları istehsalı artıb — Fins.az — Fins.az