Azərbaycanda nar ixracı 41,9% artıb

Azərbaycanda nar ixracı 41,9% artıb

BİZNES
553

Bu ilin yanvar-mart aylarında Azərbaycandan 4,1 milyon ABŞ dolları dəyərində nar ixrac olunub.

Bu barədə Finss.az Kənd Təsərrüfatı Nazirliyinə istinadən xəbər verir.

Məlumata görə, bu göstərici ötən ilin eyni dövrü ilə müqayisədə 41.9% çoxdur.

Qeyd edək ki, 2025-ci ilin yanvar-mart aylarında Azərbaycanın qeyri-neft sektoru üzrə ixracı 2024-cü ilin müvafiq dövrü ilə müqayisədə 14,7% artaraq 771.9 milyon ABŞ dolları təşkil edib.

Eyni zamanda 2025-ci ilin yanvar-mart aylarında yeyinti məhsulları 15,1% artaraq 224,7 milyon ABŞ dollarına bərabər olub.

OXŞAR XƏBƏRLƏR

Yüklənir...
Xəbər lenti
Yüklənir...
Azərbaycanda nar ixracı 41,9% artıb — Fins.az — Fins.az