Azərbaycanda mənzil alanlara qaytarılan ƏDV 6,7 milyon manatı ötüb

Azərbaycanda mənzil alanlara qaytarılan ƏDV 6,7 milyon manatı ötüb

BİZNES
362

Azərbaycanda 2026-cı ilin yanvar-fevral aylarında yaşayış və qeyri-yaşayış sahələrinin alışı zamanı ödənilmiş ƏDV-nin 6,7 milyon manatdan çoxu vətəndaşlara geri qaytarılıb.

Fins.az xəbər verir ki, bu barədə məlumatı İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti açıqlayıb.

Qurumdan bildirilib ki, Azərbaycan ərazisində bina tikintisi ilə məşğul olan şəxslərdən nağdsız qaydada alınmış yaşayış və qeyri-yaşayış sahələrinə görə ödənilmiş ƏDV-nin bir hissəsinin fiziki şəxs olan istehlakçılara qaytarılması ilə bağlı “ƏDV geri al” layihəsi uğurla davam etdirilir.

Məlumata görə, 2026-cı ilin yanvar-fevral ayları ərzində yaşayış və qeyri-yaşayış sahələrinin nağdsız qaydada alışı zamanı ödənilmiş ƏDV-nin müvəkkil banklar tərəfindən qaytarılmış həcmi 6 milyon 715,7 min manat təşkil edib.

Fuad Mədətov
Fins.az

OXŞAR XƏBƏRLƏR

Yüklənir...
Xəbər lenti
Yüklənir...
Azərbaycanda mənzil alanlara qaytarılan ƏDV 6,7 milyon manatı ötüb — Fins.az — Fins.az