Azərbaycanda külək enerjisi istehsalı kəskin artıb

Azərbaycanda külək enerjisi istehsalı kəskin artıb

BİZNES
282

2026-cı ilin yanvar–aprel aylarında Azərbaycanda külək elektrik stansiyalarında (KES) 327,5 milyon kVt-saat elektrik enerjisi istehsal edilib.

Fins.az xəbər verir ki, bu barədə Dövlət Statistika Komitəsi məlumat yayıb.

Məlumata əsasən, bu göstərici 2025-ci ilin eyni dövrü ilə müqayisədə 321,9 milyon kVt-saat və ya 58,5 dəfə artım deməkdir.

Eyni zamanda, hesabat dövründə günəş elektrik stansiyalarında 121,8 milyon kVt-saat elektrik enerjisi istehsal olunub. Bu isə ötən ilin müvafiq dövrü ilə müqayisədə 7,8 milyon kVt-saat və ya 6 faiz azalma deməkdir.

Qeyd edilib ki, 2026-cı ilin yanvar–aprel aylarında Azərbaycanda elektrik enerjisi, qaz və buxar istehsalı, bölüşdürülməsi və təchizatı sektorunda 1 milyard 322,7 milyon manat dəyərində məhsul istehsal olunub və xidmətlər göstərilib.

Həmçinin su təchizatı, tullantıların təmizlənməsi və emalı sektorunda istehsal olunmuş məhsulların həcmi 201 milyon manat təşkil edib.

OXŞAR XƏBƏRLƏR

Yüklənir...
Xəbər lenti
Yüklənir...
Azərbaycanda külək enerjisi istehsalı kəskin artıb — Fins.az — Fins.az