Azərbaycanda külək enerjisi istehsalı artıb

Azərbaycanda külək enerjisi istehsalı artıb

BİZNES
196

Fins.az - 2026-cı ilin yanvar-fevral aylarında Azərbaycanda külək elektrik stansiyalarında (KES) 141,6 milyon kVt-saat elektrik enerjisi istehsal olunub ki, bu da illik müqayisədə 138,2 milyon kVt-saat və ya 41,6 dəfə çoxdur.

Dövlət Statistika Komitəsinin məlumatına görə, eyni dövrdə ölkədə günəş elektrik stansiyalarında 42,7 milyon kVt-saat elektrik enerjisi istehsal edilib. Bu göstərici 2025-ci ilin müvafiq dövrü ilə müqayisədə 0,6 milyon kVt-saat və ya 1,4% azalma deməkdir.

Qeyd edək ki, ümumilikdə 2026-cı ilin yanvar-fevral aylarında elektrik enerjisi, qaz və buxar istehsalı, bölüşdürülməsi və təchizatı sektorunda 671,6 milyon manat dəyərində məhsul istehsal olunub və xidmətlər göstərilib.

Eyni zamanda, su təchizatı, tullantıların təmizlənməsi və emalı sektorunda istehsal edilmiş məhsulların həcmi 93,4 milyon manat təşkil edib.

OXŞAR XƏBƏRLƏR

Yüklənir...
Xəbər lenti
Yüklənir...
Azərbaycanda külək enerjisi istehsalı artıb — Fins.az — Fins.az