
Azərbaycanda kreativ sənayenin inkişafına dair işçi qrupu yaradılıb
Azərbaycanda kreativ sənayenin inkişafına dair araşdırmalar aparmaq məqsədilə işçi qrupu yaradılıb.
Fins.az xəbər verir ki, bunu Kiçik və Orta Biznesin İnkişafı Agentliyi (KOBİA) İdarə Heyətinin sədri Orxan Məmmədov deyib. İşçi qrupunda Mədəniyyət, Turizm, İqtisadiyyat nazirliklərinin, həmçinin KOBİA-nın nümayəndələri təmsil olunurlar. İşçi qrupu tərəfindən sahələr müəyyən olunacaq ki, onların inkişafına diqqət yetiriləcək. Söhbət sahənin təşviqindən, kreditləşməsindən və s. istiqamətlərin müəyyənləşməsindən gedir. O. Məmmədovun sözlərinə görə, fevralın 18-i Bakıda kreativ sənaye və incəsənət sahəsini təmsil edən sahibkarların iştirakı ilə forum təşkil olunacaq. “Tədbirin təşkilatında əsas tərəfdaş qismində Mədəniyyət Nazirliyi olacaq ki, bu baxımdan nazirin də foruma qatılacağı gözlənilir”, - deyə O. Məmmədov qeyd edib. Kreativ sənaye dedikdə – kitab, digər çap və dizayn məhsullarından, filmlərdən, xalçaçılıqdan, suvenir istehsalından və s. istiqamətlər nəzərdə tutulur.