Azərbaycanda kimya sənayesi artıb, plastik məhsulların istehsalı azalıb

Azərbaycanda kimya sənayesi artıb, plastik məhsulların istehsalı azalıb

BİZNES
696

Bu ilin yanvar-fevral aylarında Azərbaycanda kimya sənayesi, əczaçılıq məhsullarının, rezin və plastik kütlə məmulatlarının istehsalı sahələrində 363,9 milyon manatlıq məhsul istehsal edilib.

Bu barədə Finss.az Dövlət Statistika Komitəsinə istinadən xəbər verir.

Məlumata əsasən, əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə əczaçılıq məhsullarının istehsalı 21,4 faiz, kimya sənayesi məhsullarının istehsalı 11,4 faiz artıb, rezin və plastik kütlə məmulatlarının istehsalı isə 3,6 faiz azalıb.

Kimya sənayesi məhsullarından polietilen istehsalı 22,5 faiz, etilen istehsalı 12,9 faiz, propen (propilen) istehsalı 5,6 faiz artıb, rezin və plastik kütlə məmulatlarından sərt plastmasdan borular, borucuklar, qolçaqlar və şlanqlar istehsalı 11,8 faiz, polietilendən kisə və çantalar istehsalı isə 37,6 faiz azalıb.

OXŞAR XƏBƏRLƏR

Yüklənir...
Xəbər lenti
Yüklənir...
Azərbaycanda kimya sənayesi artıb, plastik məhsulların istehsalı azalıb — Fins.az — Fins.az