Azərbaycanda kənd təsərrüfatının ÜDM-də payı 5,9% təşkil edir - Vüqar Bayramov

Azərbaycanda kənd təsərrüfatının ÜDM-də payı 5,9% təşkil edir - Vüqar Bayramov

BİZNES
382

Azərbaycanda kənd təsərrüfatı sektoru 1 milyon 782 min işçi ilə ölkədə ən çox məşğulluq yaradan sahədir.

Fins.az xəbər verir ki, bu barədə məlumatı Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Vüqar Bayramov parlamentin Aqrar siyasət komitəsində keçirilən ictimai dinləmədə təqdim edib.

Deputat qeyd edib ki, sektoral göstəricilər baxımından ikinci yerdə ticarət və nəqliyyat vasitələrinin təmiri sahəsi gəlir və burada cəmi 715 min vətəndaş çalışır.

Vüqar Bayramov əlavə edib ki, məşğul əhalinin 35,4 faizi kənd təsərrüfatında işləyir, lakin sektorun ÜDM-də payı yalnız 5,9 faiz təşkil edir. 2025-ci ildə kənd təsərrüfatında yaradılan iqtisadi dəyər 7,616 milyard manat olub.

Deputat bildirib ki, ümumi iqtisadiyyatda hər məşğul işçi başına düşən illik iqtisadi dəyər 25 671 manat olsa da, kənd təsərrüfatında bu göstərici yalnız 4 273 manat təşkil edir. Bu, sahədə əmək məhsuldarlığının digər sektorlara nisbətən aşağı olduğunu göstərir.

Fuad Mədətov
Fins.az

OXŞAR XƏBƏRLƏR

Yüklənir...
Xəbər lenti
Yüklənir...
Azərbaycanda kənd təsərrüfatının ÜDM-də payı 5,9% təşkil edir - Vüqar Bayramov — Fins.az — Fins.az