Azərbaycanda kənd təsərrüfatına investisiyalar 2,2 dəfə artıb

Azərbaycanda kənd təsərrüfatına investisiyalar 2,2 dəfə artıb

BİZNES
309

2026-cı ilin yanvar-mart aylarında Azərbaycanda kənd təsərrüfatı, meşə təsərrüfatı və balıqçılıq sektoru üzrə əsas kapitala yönəldilmiş investisiyaların həcmi 67,1 milyon manat təşkil edib.

Fins.az Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, bu göstərici ötən ilin eyni dövrü ilə müqayisədə 2,2 dəfə artıb.

Hesabat dövründə sözügedən sahə üzrə əsas kapitala yönəldilmiş investisiyaların ümumi sərmayədə xüsusi çəkisi 1,7% olub.

Ümumilikdə isə 2026-cı ilin ilk üç ayında ölkənin iqtisadi və sosial sahələrinin inkişafı üçün bütün maliyyə mənbələrindən əsas kapitala 4 milyard 49,8 milyon manat investisiya yönəldilib ki, bu da illik müqayisədə 14,9% artım deməkdir.

Statistikaya əsasən, neft-qaz sektoruna yatırımlar 44,6%, qeyri-neft-qaz sektoruna yönəldilən investisiyalar isə 2,2% artıb.

Ümumi sərmayənin 2 milyard 286,6 milyon manatı (56,5%) məhsul istehsalı sahələrinin, 1 milyard 252,8 milyon manatı (30,9%) xidmət sahələrinin, 510,4 milyon manatı (12,6%) isə yaşayış evlərinin tikintisinin payına düşüb.

Eyni zamanda, ümumi investisiyaların 34,3%-i dövlət, 65,7%-i isə qeyri-dövlət sektorunun sərmayədarları tərəfindən təmin edilib.

Daxili mənbələrdən əsas kapitala yönəldilmiş investisiyaların həcmi isə ümumi sərmayənin 72,2%-ni təşkil edib.

OXŞAR XƏBƏRLƏR

Yüklənir...
Xəbər lenti
Yüklənir...
Azərbaycanda kənd təsərrüfatına investisiyalar 2,2 dəfə artıb — Fins.az — Fins.az