
Azərbaycanda kənd təsərrüfatı məhsullarının istehsalı artıb
2026-cı ilin yanvar-may ayları ərzində Azərbaycanda 3,996 milyard manatlıq kənd təsərrüfatı məhsulları istehsal olunub.
Fins.az xəbər verir ki, bu barədə Dövlət Statistika Komitəsinin dərc etdiyi “Ölkənin 2026-cı ilin yanvar-may ayları üzrə sosial-iqtisadi inkişafının makroiqtisadi göstəriciləri” hesabatında məlumat verilib.
Məlumata görə, kənd təsərrüfatı məhsullarının istehsal həcmi ötən ilin müvafiq dövrü ilə müqayisədə 2,3% artıb.
Hesabatda qeyd olunub ki, cari ilin yanvar-may aylarında Azərbaycanın ümumi daxili məhsulu (ÜDM) 51,784 milyard manat təşkil edib. Bu dövrdə ölkə iqtisadiyyatı ötən ilin eyni dövrü ilə müqayisədə real ifadədə 0,2% böyüyüb.
İqtisadiyyatın əsas sahələri üzrə göstəricilərə görə, hesabat dövründə neft-qaz sektorunda əlavə dəyər 1% azalaraq 16,125 milyard manata düşüb. Qeyri-neft-qaz sektorunda isə əlavə dəyər 0,4% artaraq 35,658 milyard manata çatıb.