
Azərbaycanda kənd təsərrüfatı məhsullarının istehsalı artıb
2026-cı ilin yanvar-aprel aylarında Azərbaycanda kənd təsərrüfatı məhsulu istehsalı 2 milyard 536,9 milyon manat təşkil edib və bu göstərici ötən ilin eyni dövrü ilə müqayisədə real ifadədə 2 faiz artım nümayiş etdirib.
Fins.az Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, eyni dövrdə ölkədə ümumi daxili məhsul (ÜDM) istehsalı 39 milyard 875,1 milyon manat olub və iqtisadiyyat 0,2 faiz real artım göstərib.
Məlumata əsasən, hesabat dövründə iqtisadiyyatın neft-qaz sektorunda əlavə dəyər 0,9 faiz azalıb, qeyri neft-qaz sektorunda isə 0,7 faiz artım qeydə alınıb.