Azərbaycanda iqtisadi fəal əhali 5,39 milyon nəfər təşkil edib

Azərbaycanda iqtisadi fəal əhali 5,39 milyon nəfər təşkil edib

BİZNES
365

İqtisadi fəal əhalinin və məşğul işçi qüvvəsinin strukturu açıqlanıb.

Fins.az xəbər verir ki, bu barədə məlumat Dövlət Statistika Komitəsinin 2026-cı ilin yanvar-fevral aylarını əhatə edən makroiqtisadi göstəricilərində yer alıb.

Məlumata görə, 2026-cı ilin fevralın 1-i vəziyyətinə muzdla çalışan işçilərin sayı 1 782,0 min nəfər olub. Onlardan 861,4 min nəfəri dövlət sektorunda, 920,6 min nəfəri isə qeyri-dövlət sektorunda çalışıb.

Sektorlar üzrə əmək bölgüsü göstərir ki, iqtisadiyyatın neft-qaz sektorunda 30,6 min nəfər, qeyri-neft-qaz sektorunda isə 1 751,4 min nəfər məşğul olub.

Müəssisə və təşkilatlarda muzdla işləyənlərin 22,6 faizi məhsul istehsalı sahələrində çalışır; bunun 7,6 faizi emal sənayesində, 6,5 faizi tikintidə, 2,7 faizi su təchizatı və tullantıların təmizlənməsi, 2,3 faizi kənd təsərrüfatı və balıqçılıq, 1,8 faizi mədənçıxarma, 1,7 faizi elektrik enerjisi, qaz və buxar istehsalı və paylanması sahələrinə aiddir.

Xidmət sahələrində işləyənlərin strukturu isə belədir: ticarət və nəqliyyat vasitələrinin təmiri 18,6%, təhsil 18,3%, səhiyyə və sosial xidmət 8,6%, dövlət idarəetməsi və sosial təminat 6,2%, turistlərin yerləşdirilməsi və ictimai iaşə 4,7%, nəqliyyat və anbar təsərrüfatı 4,4%, peşə, elmi və texniki fəaliyyət 3,8%, inzibati və yardımçı xidmətlər 3,6%, istirahət və incəsənət 2,8%, maliyyə və sığorta 2,4%, informasiya və rabitə 1,9%, digər xidmətlər 1,1%, daşınmaz əmlak əməliyyatları isə 1,0% təşkil edib.

Bildirilib ki, 2026-cı ilin yanvar ayında bir işçiyə düşən orta aylıq işlənmiş iş saatlarının miqdarı 147,1 saat olub.

OXŞAR XƏBƏRLƏR

Yüklənir...
Xəbər lenti
Yüklənir...
Azərbaycanda iqtisadi fəal əhali 5,39 milyon nəfər təşkil edib — Fins.az — Fins.az