
Azərbaycanda internetin yüklənmə sürətində bu ilin ən yüksək göstəricisi qeydə alınıb
20-27 aprel tarixlərində Azərbaycanda mobil və sabit genişzolaqlı internet şəbəkələrinin orta yüklənmə sürətində bu ilin əvvəlindən ən yüksək göstərici qeydə alınıb.
“Ookla”nın yaydığı məlumatda bildirilir ki, qeyd olunan həftə ərzində ölkənin sabit genişzolaqlı şəbəkəsində yüklənmə sürəti 8% artaraq 20,18 Mbit/s, mobil şəbəkədə isə bu artım 4% təşkil edərək 28,57 Mbit/s çatıb.
Ümumilikdə isə qeyd olunan müddət ərzində dünya üzrə sabit və mobil şəbəkələrin yüklənmə sürətində müvafiq olaraq 2% (74,72 Mbit/s) və 3% (31,81 Mbit/s) azalma qeydə alınıb.
(c)APA