Azərbaycanda hava yük daşımaları üzrə ixrac 2,1 dəfə artıb

Azərbaycanda hava yük daşımaları üzrə ixrac 2,1 dəfə artıb

BİZNES
389

Bu ilin yanvar-mart aylarında Azərbaycanda hava nəqliyyatı vasitələri ilə 602,5 milyon ABŞ dolları dəyərində 68,9 min ton yük daşınıb.

Fins.az Dövlət Gömrük Komitəsinə istinadən xəbər verir ki, ümumi göstərici ötən ilin eyni dövrü ilə müqayisədə dəyər ifadəsində azalma, həcm baxımından isə artım nümayiş etdirib. Belə ki, dəyər ifadəsində 1,522 milyard ABŞ dolları və ya 3,5 dəfə azalma, həcm baxımından isə 65,7 min ton və ya 21,6 dəfə artım qeydə alınıb.

Hesabat dövründə Azərbaycandan hava nəqliyyatı ilə 183,7 milyon ABŞ dolları dəyərində təxminən 66 min ton yük ixrac olunub. Bu, ötən ilin eyni dövrü ilə müqayisədə dəyər ifadəsində 97,8 milyon ABŞ dolları və ya 2,1 dəfə, həcm baxımından isə 65,7 min ton və ya 315,6 dəfə artım deməkdir.

Eyni dövrdə Azərbaycana hava nəqliyyatı ilə 418,8 milyon ABŞ dolları dəyərində 2,918 min ton yük idxal edilib. Bu göstərici ötən ilin eyni dövrü ilə müqayisədə dəyər ifadəsində 1,620 milyard ABŞ dolları və ya 4,9 dəfə azalma, həcm baxımından isə 65 ton və ya 2,2% azalma göstərib.

Qeyd edilib ki, ümumilikdə 2026-cı ilin yanvar-mart aylarında Azərbaycanda bütün nəqliyyat vasitələri ilə 9,407 milyard ABŞ dolları dəyərində 13,014 milyon ton yük daşınıb. Xarici ticarət üzrə ümumi ixrac 5,402 milyard, idxal isə 4,005 milyard ABŞ dolları təşkil edib.

OXŞAR XƏBƏRLƏR

Yüklənir...
Xəbər lenti
Yüklənir...
Azərbaycanda hava yük daşımaları üzrə ixrac 2,1 dəfə artıb — Fins.az — Fins.az