Azərbaycanda əmək müqavilələrinin sayı artıb

Azərbaycanda əmək müqavilələrinin sayı artıb

BİZNES
339

Fins.az - Nazirlər Kabinetinin 2025-ci ildə fəaliyyəti haqqında hesabatına əsasən, 2025-ci il ərzində sosial iş yerlərində əməkhaqqının bir hissəsinin maliyyələşdirilməsi proqramı çərçivəsində 1 763 nəfərlə (NMR üzrə 68 nəfər) əmək müqaviləsi bağlanaraq işə qəbul edilib.

Hesabat ilində ölkə üzrə 218 əmək yarmarkası təşkil olunub. Bu yarmarkalarda 2 221 müəssisə və təşkilat tərəfindən 18,7 min vakansiya təqdim olunub, nəticədə 819 nəfər işlə təmin edilib. İşğaldan azad edilmiş ərazilərdə keçirilmiş 18 yarmarkada 70 işəgötürən tərəfindən 767 vakansiya təqdim olunub, 991 işsiz şəxs iştirak edib və 37 nəfər işlə təmin olunub.

Mərkəzləşdirilmiş Elektron İnformasiya Sisteminin “Əmək və məşğulluq” altsisteminə (ƏMAS) 23,6 min işəgötürən tərəfindən 572,2 min vakansiya daxil edilib. 2025-ci il 30 dekabr tarixinə “Vakansiya bankı”nda aktiv vakansiyaların sayı 61,5 min olub.

Hesabat dövründə əmək bazarında ən çox tələb olunan peşələrin müəyyənləşdirilməsi üçün Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin altsistemləri və özəl işədüzəltmə şirkətləri vasitəsilə təhlillər aparılıb. Sahə komissiyalarının 46 iclasında ümumilikdə 100 peşə adı və 300 (150 peşə və 150 kvalifikasiya) peşə standartı təsdiq olunub.

Həyata keçirilən məqsədyönlü tədbirlər nəticəsində 2025-ci ilin əvvəli ilə müqayisədə əmək müqavilələrinin sayı özəl sektorda 48 min artaraq 1 034 min, ümumilikdə isə 1 895 min nəfərə çatıb.

OXŞAR XƏBƏRLƏR

Yüklənir...
Xəbər lenti
Yüklənir...
Azərbaycanda əmək müqavilələrinin sayı artıb — Fins.az — Fins.az