Azərbaycanda elektron satınalmalar artıb

Azərbaycanda elektron satınalmalar artıb

BİZNES
247

2026-cı ilin yanvar-fevral aylarında Azərbaycanda elektron satınalmaların həcmi ötən ilin eyni dövrü ilə müqayisədə həm say, həm də məbləğ baxımından artıb.

Fins.az Prezident yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyinə istinadən xəbər verir ki, bu ilin ilk iki ayında elektron satınalmaların sayı 783 vahid, ümumi məbləği isə 407,1 milyon manat təşkil edib.

Müqayisə üçün, ötən ilin eyni dövründə bu göstəricilər müvafiq olaraq 705 satınalma və 357,5 milyon manat olub. Beləliklə, elektron satınalmalar say üzrə 11,1%, məbləğ üzrə isə 13,9% artıb.

Hesabat dövründə açılışı baş tutmuş müsabiqələr üzrə orta iştirakçı sayı 3,9 olub. Bu göstərici bazarda rəqabətin gücləndiyini, kiçik və orta sahibkarların (KOB) aktivliyinin artdığını və iqtisadi diversifikasiyanın genişləndiyini göstərir.

Qeyd edilib ki, dövlət satınalmalarının rəqəmsallaşdırılması iqtisadi səmərəliliyi artırmaqla yanaşı, KOB-ların dövlət sifarişlərinə çıxışını asanlaşdırır və bazarda şəffaflığı gücləndirir.

OXŞAR XƏBƏRLƏR

Yüklənir...
Xəbər lenti
Yüklənir...
Azərbaycanda elektron satınalmalar artıb — Fins.az — Fins.az