Azərbaycanda ƏDV ödəyicilərinin sayı 2,1% artıb

Azərbaycanda ƏDV ödəyicilərinin sayı 2,1% artıb

BİZNES
319

Azərbaycanda aktiv vergi ödəyicilərinin sayı 2026-cı ilin martın 1-nə 865,4 min nəfər təşkil edib.

Fins.az xəbər verir ki, bu barədə İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti məlumat yayıb.

Hesabat dövrünə görə, ilin əvvəli ilə müqayisədə aktiv vergi ödəyicilərinin sayı 0,7 faiz, ötən ilin eyni dövrünə nisbətən isə 7 faiz artıb.

ƏDV ödəyicilərinin sayı isə ilin əvvəlinə nisbətən 2,1 faiz, ötən ilin eyni dövrü ilə müqayisədə 10,2 faiz artaraq 59,6 min nəfərə çatıb.

Eyni zamanda, aktiv təsərrüfat subyektlərinin (obyektlərinin) sayı ilin əvvəlinə nisbətən 1,5 faiz, ötən ilin eyni dövrü ilə müqayisədə isə 7,4 faiz artaraq 236,4 min olub.

Qeyd edək ki, 2025-ci ilin eyni dövründə aktiv vergi ödəyicilərinin sayı 808,4 min, aktiv ƏDV ödəyicilərinin sayı 54,1 min, təsərrüfat subyektlərinin sayı isə 220,2 min təşkil etmişdi. Bu göstəricilər vergi bazasının davamlı genişləndiyini və iqtisadi fəaliyyətin artdığını göstərir.

Fuad Mədətov
Fins.az

OXŞAR XƏBƏRLƏR

Yüklənir...
Xəbər lenti
Yüklənir...
Azərbaycanda ƏDV ödəyicilərinin sayı 2,1% artıb — Fins.az — Fins.az