Azərbaycanda əczaçılıq məhsullarının satışları avqustda azalıb

Azərbaycanda əczaçılıq məhsullarının satışları avqustda azalıb

BİZNES
1,053

Bu ilin yanvar-avqust aylarında Azərbaycanın pərakəndə ticarət şəbəkəsində əczaçılıq məhsulları və tibbi ləvazimatlarına istehlakçılar tərəfindən 722,7 mln. manat xərclənib.

Bu, 2021-ci ilin eyni göstəricisi ilə müqayisədə 24,5% və ya 142,2 mln. manat çoxdur.
Bu ilin iyul göstəricisi ilə müqayisədə isə avqust satışlarının həcmi 34,6% və ya 35,5 mln. manat azalaraq 67 mln. manat təşkil edib.

Qeyd edək ki, bu ilin ilk səkkiz ayında istehlakçıların pərakəndə ticarət şəbəkəsində xərclədiyi vəsaitin 2,3%-i əczaçılıq məhsulları və tibbi ləvazimatların alınmasına sərf olunub ki, bu da ötən ilin eyni göstəricisindən 0,1 faiz bəndi çoxdur.

OXŞAR XƏBƏRLƏR

Yüklənir...
Xəbər lenti
Yüklənir...
Azərbaycanda əczaçılıq məhsullarının satışları avqustda azalıb — Fins.az — Fins.az