Azərbaycanda dizel yanacağı istehsalı 7,8% artıb

Azərbaycanda dizel yanacağı istehsalı 7,8% artıb

BİZNES
611

2026-cı ilin yanvar-aprel aylarında Azərbaycanda 782,9 min ton qazoyllar (dizel yanacağı) istehsal edilib.

Fins.az Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, bu göstərici 2025-ci ilin eyni dövrü ilə müqayisədə 56,5 min ton və ya 7,8 faiz artım deməkdir.

Rəsmi statistikaya əsasən, cari ilin mayın 1-nə ölkədə hazır qazoyl (dizel yanacağı) ehtiyatı 143,8 min ton təşkil edib.

Eyni zamanda, hesabat dövründə Azərbaycanda neft məhsullarının istehsalı sahəsində ümumi istehsalın dəyəri 1 milyard 950,3 milyon manat olub. Bu göstərici ötən ilin yanvar-aprel ayları ilə müqayisədə 0,3 faiz artım göstərib.

OXŞAR XƏBƏRLƏR

Yüklənir...
Xəbər lenti
Yüklənir...
Azərbaycanda dizel yanacağı istehsalı 7,8% artıb — Fins.az — Fins.az