Azərbaycanda dizel və benzin istehsalı artıb

Azərbaycanda dizel və benzin istehsalı artıb

BİZNES
245

Bu ilin yanvar-mart aylarında Azərbaycanda qazoyl (dizel yanacağı) istehsalı artıb.

Fins.az xəbər verir ki, Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsi-nin məlumatına görə, hesabat dövründə ölkədə 587,3 min ton dizel yanacağı istehsal edilib. Bu göstərici ötən ilin eyni dövrü ilə müqayisədə 6,2 faiz çoxdur.

Aprelin 1-nə olan məlumata əsasən, hazır məhsul ehtiyatı 172,3 min ton təşkil edib.

Eyni zamanda, avtomobil benzininin istehsalında da artım qeydə alınıb. Belə ki, 2026-cı ilin ilk rübündə 360,5 min ton benzin istehsal olunub. Bu isə illik müqayisədə 7,3 faiz artım deməkdir.

OXŞAR XƏBƏRLƏR

Yüklənir...
Xəbər lenti
Yüklənir...
Azərbaycanda dizel və benzin istehsalı artıb — Fins.az — Fins.az