Azərbaycanda dəniz nəqliyyatı gəlirləri 8,1% artıb

Azərbaycanda dəniz nəqliyyatı gəlirləri 8,1% artıb

BİZNES
334

2025-ci ildə Azərbaycanda dəniz nəqliyyatı ilə yük və sərnişin daşınmasından ümumilikdə 259,5 milyon manat gəlir əldə edilib.

Fins.az bu barədə Azərbaycanın Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, bu göstərici 2024-cü illə müqayisədə 8,1% artım deməkdir.

Hesabat dövründə dəniz nəqliyyatı ilə yük daşımalarından əldə olunan gəlirlər 259,229 milyon manat təşkil edib ki, bu da illik müqayisədə 8,4% artım deməkdir.

Eyni zamanda, sərnişin daşımalarından əldə olunan gəlir 265 min manat olub və bu göstərici 2024-cü illə müqayisədə 75,6% azalıb.

Statistik göstəricilərə əsasən, 2025-ci ildə Azərbaycanda dəniz nəqliyyatı ilə 9,090 milyon ton yük daşınıb ki, bu da 5,4% artım deməkdir. Sərnişin daşımaları isə 25,5 min nəfər təşkil edib və 10,2% azalma qeydə alınıb.

OXŞAR XƏBƏRLƏR

Yüklənir...
Xəbər lenti
Yüklənir...