Azərbaycanda dəmir yolu ilə sərnişin və yükdaşımalar artıb

Azərbaycanda dəmir yolu ilə sərnişin və yükdaşımalar artıb

BİZNES
282

Fins.az – 2026-cı ilin yanvar-iyun aylarında "Azərbaycan Dəmir Yolları" (ADY) QSC ötən ilin eyni dövrü ilə müqayisədə sərnişin daşımalarını 18%, iyun ayında isə 24% artırıb.

QSC-nin Mətbuat xidmətindən verilən məlumata görə, cari ilin ilk altı ayında Abşeron dairəvi dəmir yolu ilə 5,1 milyondan çox sərnişin səfər edib. Bu, ötən ilin eyni dövrü ilə müqayisədə 17% artım deməkdir.

Hesabat dövründə rayonlararası marşrutlardan isə təxminən 289 min sərnişin istifadə edib ki, bu da illik müqayisədə 17% çoxdur.

Bildirilib ki, may ayında yenidən fəaliyyətə başlayan Bakı–Tbilisi–Bakı beynəlxalq dəmir yolu reysləri ilə indiyədək 12 mindən çox sərnişin daşınıb.

ADY-nin yükdaşımalarında da artım qeydə alınıb. Belə ki, 2026-cı ilin iyun ayında şirkət 1 milyon 636 min 336 ton yük daşıyıb. Bu göstərici ötən ilin eyni ayı ilə müqayisədə 20% çoxdur.

Məlumata əsasən, iyun ayında tranzit yükdaşımalarının həcmi 707 min 41 ton təşkil edib ki, bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə 38% artım deməkdir.

OXŞAR XƏBƏRLƏR

Yüklənir...
Xəbər lenti
Yüklənir...
Azərbaycanda dəmir yolu ilə sərnişin və yükdaşımalar artıb — Fins.az — Fins.az