Azərbaycanda Çin və Pakistan vətəndaşlarının 200 min dollar kapitalı olan şirkətləri qeydiyyata alınıb

Azərbaycanda Çin və Pakistan vətəndaşlarının 200 min dollar kapitalı olan şirkətləri qeydiyyata alınıb

BİZNES
325

Dövlət Vergi Xidməti (DVX) “Dongfang Electric Az Limited” MMC-ni qeydiyyata alıb.

Bu barədə “Fins.az"-a DVX-dən məlumat verilib.

2022-ci il mayın 18-də qeydiyyata alınmış şirkətin nizamnamə kapitalı 200 min dollardır. Cəmiyyətin qanuni təmsilçisi Hianq Vanqdır (Çin vətəndaşı).

Bundan başqa, Dövlət Xidməti “East Europe Real Estate” MMC-ni 200 min manat məbləğində nizamnamə kapitalı ilə qeydiyyata alıb. Cəmiyyətin qanuni təmsilçisi Əhməd Ənsari Gül Məhəmməddir (Pakistan vətəndaşı). Şirkət 2022-ci il mayın 19-da qeydiyyata alınıb.

OXŞAR XƏBƏRLƏR

Yüklənir...
Xəbər lenti
Yüklənir...
Azərbaycanda Çin və Pakistan vətəndaşlarının 200 min dollar kapitalı olan şirkətləri qeydiyyata alınıb — Fins.az — Fins.az