Azərbaycanda biznes kreditlərinin faizləri niyə yüksəkdir? - RƏŞAD HƏSƏNOV AÇIQLAYIR

Azərbaycanda biznes kreditlərinin faizləri niyə yüksəkdir? - RƏŞAD HƏSƏNOV AÇIQLAYIR

BİZNES
1,055

 Azərbaycanada iqtisadi inkişafın dayanıqlılığını təmin etmək və neft gəlirlərindən asılılığın aradan qaldırılması üçün kiçik və orta sahibkarlığın bütövlükdə özəl sektorun inkişafına ehtiyac var. Bunun üçün də ölkədə kiçik və orta sahibkarlığın sürətli inkişafının təmin edilməsi əsas şərtlərdən biri kimi qiymətləndirilir. Azərbaycanda fəaliyyət göstərən banklar tərəfindən  verilən kreditlərin sahibkarlara daha inkluziv olması üçün hökümət eyni zamanda kommersiya bankları tərəfindən bir sıra tədbirlərin həyata keçirilməsinə ehtiyac var. Biznes kreditlərinin stimullaşdırılması üçün atılmalı olan zərusi addaımlar barədə fikirlərini fins.az -la bölüşən iqtisadçı ekspert Rəşad Həsənov bildirib ki, "Ölkədə biznes kreditlərinin verilməsini stimullaşdırmaq və bu sahədə real nəticələr əldə etmək üçün çoxsaylı tədbirlərin həyata keçirilməsinə müəyyən mexanizmlərin hazırlanmasına ehtiyac var. Beynəlxalq Maliyyə Korparasiyaların bazara daxil olması üçün tam şərait yaradılmalıdır.Bank sektorunda hansısa formada müşahidə edilən təməlküzləşmə meyilləri ilə bağlı ciddi məhtudiyyətlər tətbiq edilməli və hüquqi baza hazırlanmalıdır. Təməlküzləşmə diktə fazilərinin formalaşmasına, karter sövdələşmələrinə  gətirib çıxarır. Bu da banklarda tətbiq edilən fazilərin aşağı düşməsini müəyyən qədər çətinləşdirir."

O eyni zamanda bidirib  ki, "Bundan başqa Mərkəzi Bankın özü birbaşa bankların maliyyələşməsi sahəsində daha geniş tədbirlər həyata keçirməlidir. Baxmayaraq ki, bir  müddət əvvəl Mərkəzi Bank sədri Elman Rüstəmov bununla bağlı müəyyən fikirlər səsləndirdi. Mən o fikirlərlə razı deyiləm. Mərkəzi Banklar  bankların maliyyələşməsində daha geniş şəkildə  iştirak etməlidir. Mərkəzi Bank bankları qısamüddətli və eyni zamanda, uzunmüddətli dövrdə pulla təmin etməlidir. Faktiki olaraq bu gün bankların tətbiq etdiyi kredit fazilərinin bazasında, vəsaitlərin cəlb edildiyi  qiymət və  xərc dayanır. Bankların əksəriyyəti vəsaitlərinin  böyük bir qisminini  depozitlərdən yəni əmanətlərdən cəlb edir bu da çox yüksək faizlərin formalaşmasına gətirib çıxarır."

Rəşad Həsənov eyni zamanda qeyd edib ki, "Bank faizinin formalaşmasının özünün şərtləri var. Cəlb olunan vəsaitin xərci, infilyasiya səviyyəsi, bankın mənfəət norması ümumi xərcləridir. Bahalı vəsaitin   cəlb olunması özü bahalı kreditlərin verilməsi üçün əsas səbəblərdən biridir. Mərkəzləşdirilmiş kreditlərin həcminin artırılması yolu ilə son nəticədə bankların daha ucuz vəsaitlərə çıxış imkanlarını artıra bilər. Dolayısı ilə fazilərin bu yolla azaldılması fonunda növbəti dövrlərdə faizlərin daha da aşağı düşməsinə gətirib çıxara bilər. Bu da biznes üçün daha əlverişli mühitin formalaşsına və kredit əlçatanlığının artsına şərait yardar."

Müəllif: Aynur Qəniyeva 

OXŞAR XƏBƏRLƏR

Yüklənir...
Xəbər lenti
Yüklənir...
Azərbaycanda biznes kreditlərinin faizləri niyə yüksəkdir? - RƏŞAD HƏSƏNOV AÇIQLAYIR — Fins.az — Fins.az