Azərbaycanda beş ayda 200 min tondan çox karbamid istehsal olunub

Azərbaycanda beş ayda 200 min tondan çox karbamid istehsal olunub

BİZNES
175

Fins.az - Azərbaycanda 2026-cı ilin yanvar–may aylarında 200,1 min ton karbamid istehsal edilib.

Bu göstərici ötən ilin eyni dövrü ilə müqayisədə 21,8 faiz azdır.

İyunun 1-nə olan məlumata görə, hazır məhsul ehtiyatlarının həcmi 82,1 min ton təşkil edib.

Karbamid istehsalı SOCARa məxsus SOCAR Karbamid Zavodunda həyata keçirilir. 2019-cu ildə istifadəyə verilən müəssisənin illik istehsal gücü 650–660 min ton karbamid təşkil edir.

Zavodun istehsal etdiyi məhsulun təxminən 70 faizi ixraca yönəldilir.

OXŞAR XƏBƏRLƏR

Yüklənir...
Xəbər lenti
Yüklənir...
Azərbaycanda beş ayda 200 min tondan çox karbamid istehsal olunub — Fins.az — Fins.az