Azərbaycanda bərpa olunan enerji istehsalı kəskin artıb

Azərbaycanda bərpa olunan enerji istehsalı kəskin artıb

BİZNES
298

2026-cı ilin yanvar–mart aylarında Azərbaycanda enerji istehsalı və xidmət sahəsində müxtəlif istiqamətlər üzrə fərqli dinamika müşahidə olunub.

Fins.az Dövlət Statistika Komitəsinin məlumatına əsasən xəbər verir ki, külək elektrik stansiyalarında istehsal olunan elektrik enerjisinin həcmi 233 milyon kVt-saat təşkil edib. Bu göstərici ötən ilin eyni dövrü ilə müqayisədə 228,5 milyon kVt-saat və ya 51,8 dəfə artım deməkdir.

Günəş elektrik stansiyalarında da artım qeydə alınıb. Belə ki, istehsal 74,7 milyon kVt-saat səviyyəsinə yüksəlib və 1,1% artım göstərib.

Bunun əksinə olaraq, su elektrik stansiyalarında istehsal 501,9 milyon kVt-saat olub və illik müqayisədə 24,2% azalma qeydə alınıb. İstilik elektrik stansiyalarında isə 5,466 milyard kVt-saat elektrik enerjisi istehsal olunub ki, bu da 5,2% azalma deməkdir.

Ümumilikdə, elektrik enerjisi, qaz və buxar istehsalı, bölüşdürülməsi və təchizatı sektorunda 2026-cı ilin ilk rübündə istehsalın dəyəri 1 milyard 26,6 milyon manat təşkil edib. Su təchizatı və tullantıların emalı sahəsində isə göstərici 141,9 milyon manat olub.

Xidmət sektorunda da artım müşahidə edilib. Əhaliyə göstərilən ödənişli xidmətlərin həcmi 3 milyard 834,4 milyon manat təşkil edib ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə real ifadədə 8,8% artım deməkdir. Bu xidmətlərin 76,8%-i hüquqi şəxslərin payına düşüb.

Məlumata görə, hesabat dövründə hər bir ölkə sakini orta hesabla 373,5 manat dəyərində ödənişli xidmətlərdən istifadə edib. Bu göstərici illik müqayisədə nominal ifadədə 47,5 manat artıb.

OXŞAR XƏBƏRLƏR

Yüklənir...
Xəbər lenti
Yüklənir...
Azərbaycanda bərpa olunan enerji istehsalı kəskin artıb — Fins.az — Fins.az