Azərbaycanda avtomobil istehsalı artıb

Azərbaycanda avtomobil istehsalı artıb

BİZNES
301

Fins.az - 2026-cı ilin yanvar-fevral aylarında Azərbaycanda 716 ədəd minik və 134 ədəd yük avtomobili istehsal edilib. Minik avtomobillərinin istehsalı ötən ilin eyni dövrü ilə müqayisədə 53,3%, yük avtomobillərinin istehsalı isə 11,2 dəfə çoxalıb.

Dövlət Statistika Komitəsinin məlumatına görə, 2026-cı ilin martın 1-nə ölkədə minik avtomobillərinin hazır məhsul ehtiyatı 215 ədəd, yük avtomobillərinin isə 19 ədəd təşkil edib.

Hesabat dövründə maşın və avadanlıqlar, avtomobil, qoşqu və yarımqoşqu istehsalı sahələrində 70,8 milyon manatlıq məhsul istehsal olunub. Əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə avtomobil, qoşqu və yarımqoşqu istehsalı 2,7 dəfə artıb, eyni zamanda maşın və avadanlıqların istehsalı 20% azalıb.

OXŞAR XƏBƏRLƏR

Yüklənir...
Xəbər lenti
Yüklənir...