
Azərbaycanda avtomobil benzini istehsalı 4,5% artıb
Fins.az – 2026-cı ilin yanvar-iyun aylarında Azərbaycanda 706,7 min ton avtomobil benzini istehsal edilib.
Dövlət Statistika Komitəsinin məlumatına görə, bu göstərici 2025-ci ilin eyni dövrü ilə müqayisədə 30,6 min ton və ya 4,5% çoxdur.
Məlumata əsasən, bu ilin iyulun 1-i vəziyyətinə ölkədə hazır avtomobil benzini ehtiyatı 41,7 min ton təşkil edib.